|
|
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
525.az xəbər verir ki, dövlət başçısı qanunsuz erməni silahlı dəstələrinin Qarabağdakı təxribatları ilə bağlı suala da cavab verib.
“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”, - deyə o bildirib.



