|
|
|
|

Ötən ay qanunsuz miqrasiya ilə məşğul olan şəxslər müəyyən edilib.
Dövlət Sərhəd Xidmətindən 525.az-a verilən xəbərə görə, qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 19 halda saxlanılmış 26 nəfər saxtalaşdırılmış pasportlarla, Şengen vizaları və tarix möhürləri ilə, 1 halda 1 nəfər özgəsinə məxsus sənədlə dövlәt sәrhәdini keçməyə cəhd göstərib.
Sərhəd rеjim qaydalarının pоzulmasına görə 39 halda 79 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.



