
Ukrayna aviasiyası bu gün Donetsk beynəlxalq hava limanına soxulan silahlı separatçılara və terrorçulara havadan zərbə endirir.
APA-nın xəbərinə görə, bu barədə özünü “Donetsk Xalq Respublikası” adlandıran qrupun nümayəndələri “Twitter”də yazıblar. Onlar əməliyyatda 3 hərbi helikopter və 2 hərbi təyyarənin iştirak etdiyini deyiblər.
Terminallardan birində yanğın başladığı bildirilir. Hava limanı fəaliyyətini dayandırıb.



