Türkiyənin cənub-şərqində yerləşən Van vilayətində Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Anadolu" agentliyi məlumat verib.
Boğaziçi Universitetinin Qəndilli rəsədxanasının və Türkiyənin Seysmoloji Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ mayın 27-də yerli vaxtla saat 03.16-də baş verib.