Nigeriyanın Borno ştatında “Boko Haram” radikal dini qruplaşmanın silahlı dəstələri 3 yaşayış məntəqəsinə hücum ediblər, nəticədə azı 35 dinc sakin qətlə yetirilib.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, motosiklet və avtomobillərdə hərəkət edən silahlı ekstremistlər kəndlərə hücum edərək dinc sakinlərə atəş açaraq, evlərə od vurublar.
Xatırladaq ki, “Boko Haram” radikal dini qruplaşmasının üzvləri aprelin 14-də 276 məktəbli qızı girov götürüb, onlardan yalnız 53-ü qaçaraq xilas oluna bilib.



