|
|
|
|

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) ümumi iclası keçirilib. İclasda Xalq artisti Rasim Balayev ittifaqın yeni sədri seçilib.
Keçirilən iclasla bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza 525.az-a açıqlama verib:
“Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar görkəmli aktyor, Xalq artisti Rasim Balayevin namizədliyini səs verməyə çıxarıb. Xalq artistinin namizədliyi yekdillikə qəbul edilib. Bu münasibətlə Rasim Balayevi təbrik edirəm. Düşünürəm ki, o, çox layiqli namizəddir. İnanıram ki, Rasim Baleyevin rəhbərliyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı bir çox uğurlu layihələri həyata keçircək”.
Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə bu ittifaqın gələcəkdə birləşməsi sualına isə Xəyal Rza belə cavab verib:
“Hələ ki, bu haqda fikir bildirmək biraz çətindir. Yaxşı olardı ki, bu iki ittifaq birləşib böyük bir ittifaqa çevrilsin və əvvəllər olduğu kimi kino sənəti adına bir çox önəmli layihələr həyata keçirsin. Bu iki ittifaqın birləşməsi və ya ayrı- ayrılıqda fəaliyyət göstərməsini zaman həll edəcək”.



