|
|
|
|

Azərbaycan Yazıçılar Birliyinin katibliyi tanınmış yazıçı və tərcüməçi İmdad Avşarın Biriliyin qardaş Türkiyədəki təmsilçisi təyin olunması barədə qərar qəbul edib.
525.az xəbər verir ki, belə bir qərarın verilməsində İmdad Avşarın uzun zamandan bəri Azərbaycan ədəbiyyatının Türkiyədə ən fəal və ardıcıl tərcüməçisi, eyni zamanda yorulmaz təbliğçisi olması müstəsna rol oynayıb. İ.Avşar Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin daha da güclənməsi naminə önəmli xidmətlər göstərmiş qələm sahibidir. İndiyədək İ.Avşarın təşəbbüsü, təşkilatçılığı, yaxud birbaşa iştirakı ilə Azərbaycan ədəbiyyatının Türkiyədə, həmçinin qardaş türk xalqının ədəbi irsinin ölkəmizdə tərcüməsi, nəşri, təbliği istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib.
Dəyərli qələm adamı, ədəbiyyatımızın fədakar dostu İmdad Avşarı bu təyinat münasibətilə təbrik edir, fəaliyyətində yeni uğurlar diləyirik.



