|
|
|
|

İyunun 9-u görkəmli musiqişünas, akademik Zemfira Səfərova 85 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən "Şöhrət" ordeninə layiq görülmüşdü.
525.az xəbər verir ki, bununla əlaqədar olaraq, akademik Cənab Prezidentə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyili:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Möhtərəm cənab Prezident! Mənim müsiqişünaslıq fəaliyyətimi yüksək qiymətləndirdiyinizə, məni "Şöhrət" ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Siz doğma torpaqlarımızı, o cümlədən, musiqimizin beşiyi olan Şuşanı azad edib Vətənə qaytaran müzəffər sərkərdəsiniz. Sizin və Birinci Vitse prezident, Heydər Əliyev fondunun Prezidenti hörmətli Mehriban xanımın musiqimizə, muğamlarımıza, Üzeyir Hacıbəyli irsinə daimii diqqəti və qayğısı bizi bu sahələrdə daha həvəslə işləməyə sövq edir. Bir daha təşəkkür edirəm!
Hörmətlə, Zemifra Səfərova,
akademik"



