Almaniyanın “Lufthansa” aviaşirkəti işçilərinin tətil qərarına görə mindən çox uçuşun ləğv edildiyini açıqlayıb.
525.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Almaniyanın milli hava yolu şirkəti “Lufthansa” məsələ ilə bağlı açıqlama verib. İşçilərin elan etdiyi tətil səbəbilə Frankfurtda 32-si dünən və 646-sı bu gün olmaqla cəmi 678 uçuşun ləğv edildiyi bildirilib.
Münhendə isə 15-i dünən, 330-u bu gün olmaqla cəmi 345 uçuşun mümkün olmayacağı bildirilib. Ləğv qərarından Frankfurtda 92 min, Münhendə isə 42 min sərnişinin təsirlənəcəyi bildirilir.
Əntiqə Kərimzadə