|
|
|
|

Oktyabrın 25-də Respublikanın əksər bölgələrində arabir yağış yağacaq, havanın temperaturu oktyabr ayının iqlim norması daxilində olacaq.
Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17, gündüz 20-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 25-də gecə və axşam bəzi yerlərdə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.



