|
|
|
|
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər.
525.az-a bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.