|
|
|
|

Qvatemalanın Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı hücumu pisləyib.
525.az-ın xəbərinə görə, bu barədə nazirliyin Tvitter hesabında məlumat verilib.
Bildirilib ki, Qvatemala avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində dini ekstremist qruplar tərəfindən həyata keçirilən vandalizm aktlarını pisləyir. Nazirlik təqsirkarların məsuliyyətə cəlb olunmasını istəyir.



