|
|
|
|

Rusiya və Ermənistan liderləri Vladimir Putinlə Nikol Paşinyan arasında bu gün telefon danışığı olub.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib. Telefon danışığı zamanı tərəflər Rusiya ilə Ermənistan arasında dostluq haqqında müqaviləsinin imzalanmasının 25 illiyi münasibətilə bir-birini təbrik edib.
Bundan başqa, ikitərəfli münasibətlər və Qarabağ məsələsi ətrafında da müzakirələr aparılıb.



