Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Aşağı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən 525.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
xxx
Zaqatala Aşağı Tala kəndi yaxınlığında mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Xəbərə görə, FHN-in yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunib. Yanğının söndürülməsində ETSN əməkdaşları da iştirak edir.