|
|
|
|

İyunun 10-u Təbrizdə hökumətin Urmiya gölünün qurumasına laqeyd yanaşmasına qarşı etiraz aksiyası keçirilib.
“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın mülki geyimli əməkdaşları polis qüvvələri ilə birlikdə “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa, uduzdu”, “Urmu gölü səslənir: susuzam haray, haray” və “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir” şüarları səsləndirən dinc aksiyaçılara hücuma keçib. 14 nəfər tutulub.
Tutulanlardan 7-sinin adını müəyyənləşdirmək mümkün olub: Miryasin Hüseyni, Əkbər Əbülzadə, Nima Abbaspur, Arman Zakir, Əfşin İsmayılzadə, Süheyl Qadiri və Vəhid Vəlizadə.
Həbs edilən fəalların hazırda polis idarəsində saxlandığı, fiziki və psixi təzyiqlərə məruz qoyularaq dindirildiyi bildirilir.



