|
|
|
|

“Çay-dəniz” formatında yeni kruiz marşrutu çərçivəsində Azərbaycan, Qazaxıstan, İran və Dağıstan Respublikasına səfər etmək olacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Rusiya Federasiyasında turizmin inkişafı üzrə Dövlət Şurasının Rəyasət Heyətinin iclasında deyib.
O, unikal kruiz məhsulu növünü, yəni bir neçə ölkəyə səfər etmək imkanı ilə Xəzər dənizində birləşmiş dəniz kruizini və Volqa boyunca çay kruizini təklif etməyə hazır olduqlarını bildirib.
Qubernator aydınlıq gətirib ki, bu kruiz çərçivəsində turistlər Həştərxan, Aktau (Qazaxıstan), Ənzəli (İran), Bakı (Azərbaycan) və Mahaçqala (Dağıstan) şəhərlərini ziyarət edə biləcəklər.
Xatırladaq ki, bundan öncə Xəzər marşrutunun yeni “Böyük Pyotr” layneri ilə təşkil edilməsinin nəzərdə tutulduğu bildirilirdi. Layner ötən ilin dekabrında dəniz sınaqlarından keçib.
Layner terraslarla, eyvanlarla, ön müşahidə salonu və iki hissədən ibarət "günəşli" göyərtəsi olan "üzən otel" kimi dizayn edilib.
Firuzə Əliyeva



