|
|
|
|

Ukrayna müharibəsində Rusiya tərəfdən döyüşən erməniəsilli komandir Xaçatur Matevosyan öldürülüb.
525.az xəbər verir ki, bunu “Senzor.net” saytının baş redaktoru, hərbi ekspert Yuri Butusov feysbukda yazıb.
O bildirib ki, hadisə sentyabrın 30-da Xarkov vilayətinin Kupyansk rayonunda baş verib.
X. Matevosyan Rusiya Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasının snayper rotasının komandiri olub. Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqadası onunla yanaşı, daha 4 snayperi zərərsizləşdirib.
Qeyd edək ki, Yuri Butusov məlumatı Rusiya tərəfinin təsdiq etdiyini də qeyd edib.




