|
|
|
|

Krım körpüsündə avtomobillərin və avtobusların hərəkəti bərpa olunub.
525.az “Report”a istinadən xəbər verir ki, bunu yarımadanın rəhbəri Sergey Aksenov bildirib.
O deyib ki, hazırda nəqliyyat vasitələri prosedur yoxlamalardan keçərək körpüdə hərəkət edə bilərlər.
Xatırladaq ki, bu gün Krım körpüsü partladılıb. Nəticədə 3 nəfər ölüb.
***
Rusiyanın Baş naziri Mixail Mişustin Krım körpüsündə baş verən partlayışla bağlı hökumət komissiyasının yaradılması barədə fərman imzalayıb.
525.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.
Bundan başqa, dövlət qurumlarından qeyd edilib ki, mövcud duruma baxmayaraq, Krıma yanacaq təminatı davam edəcək.
***
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
525.az “Report”a istinadən bildirir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib.
D.Peskov söyləyib ki, Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.
Bundan başqa, Rusiyanın Terrorla Mübarizə Komitəsi Krım körpüsündə baş verən partlayışın ilkin səbəbini açıqlayıb. Qurumdan bildirilib ki, körpüdəki 7 yanacaq çəninin yanmasının səbəbi yük maşınının partladılması olub.
***
“Krım körpüsü hələ başlanğıcdır”.
525.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
O bildirib ki, qanunsuz olan bütün obyeklər məhv edilməlidir: “Oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır”.
Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.



