|
|
|
|

Belarus Müdafiə Nazirliyi Rusiya ilə yaradılmış regional müştərək hərbi qrup çərçivəsində ilk rus əsgər qrupunun Belarusa gəldiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Belarus Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Rusiya ilə yaradılan ortaq hərbi qrupla bağlı məlumat verilib.
Rusiya hərbi konvoyunun ilk qrupunun Belarusa çatdığı bildirilən açıqlamada: "Əsgərlər duz-çörəklə, hərarətlə qarşılandı", - ifadəsi işlədilib.
Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 10-da Rusiya ilə birgə regional hərbi birləşmənin yaradılması barədə razılığın əldə olunduğunu bəyan edib. Lukaşenko verdiyi açıqlamada ölkəsinin “yüksək terror təhlükəsi” altında olduğunu bildirib.
Malik Atilay



