|
|
|
|
Ukrayna Avropa İttifaqından 2 milyard avro maliyyə dəstəyi alıb.
525.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "Twitter"də bildirib
"Ukrayna bu gün Aİ-nin 5 milyard avroluq makro-maliyyə yardımı çərçivəsində ilk 2 milyard avronu alıb. Vəsaitlər Ukrayna iqtisadiyyatını dəstəkləməyə kömək edəcək. Biz birlikdə qalib gələcək və Ukraynanı yenidən quracağıq", Ukraynanın hökumət başçısı bildirib.