|
|
|
|

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz İranı qonşuları ilə etimad yaradan addımlar atmağa çağırıb.
525.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, kral Salman Məşvərət Məclisinin açılış mərasimindəki çıxışında ölkəsinin regional və beynəlxalq məsələlərlə bağlı fikirlərini açıqlayıb.
Kral Salman ibn Əbdüləziz : “Biz İranı təcili olaraq nüvə öhdəliklərini yerinə yetirməyə, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlığa və özü ilə qonşuları və beynəlxalq ictimaiyyət arasında etimadın yaradılması üçün ciddi addımlar atmağa çağırırıq”, - deyib.
"OPEC+"in neft hasilatının azaldılması ilə bağlı son qərarına toxunan Salman qeyd edib ki, ölkəsi özünün enerji strategiyası çərçivəsində beynəlxalq neft bazarlarının tarazlığını və sabitliyini dəstəkləmək üçün səylər göstərir. Salman Ukrayna-Rusiya böhranına son qoymaq və hərbi əməliyyatları dayandırmaq üçün bütün beynəlxalq səyləri dəstəklədiklərini bəyan edib.
Malik Atilay



