|
|
|
|

Rusiya prezidenti Vladimir Putin bildirib ki, iqtisadi sanksiyalar və Ukraynadakı müharibə səbəbindən ölkədə bütün sahələrdə daha yüksək tempdə işləməyə və ümumilikdə vəziyyətin daha real qiymətləndirilməsinə ehtiyac var.
525.az xəbər verir ki, Putin Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün hökumətlə yaradılan koordinasiya komitəsinin ilk onlayn iclasında çıxış edib. İdarə Heyətinin oktyabrın 21-də imzaladığı fərmanla yaradıldığını xatırladan Putin, Ukraynada iqtisadiyyat sahəsindəki məhdudiyyətlər və "xüsusi hərbi əməliyyat"la bağlı qərarvermə proseslərinin yenilənməsinin lazım olduğunu və onların ölkədəki qurum və təşkilatların koordinasiyası istiqamətində iş apardığını bildirib.
Putin: "Bütün sahələrdə daha yüksək tempə və ümumilikdə vəziyyətin çox real qiymətləndirilməsinə ehtiyacımız var. Bu, təkcə birbaşa xüsusi hərbi əməliyyata deyil, bütün sahələrdə demək olar ki, bütün işlərimizə aiddir", - deyib. Bundan əlavə, Putin Ukraynadakı müharibədə rus əsgərlərinin texnika və xüsusi maşınlara malik olmasının vacibliyini, həmçinin bu maşınların rahat, effektiv və müasir xüsusiyyətlərə malik olmasının önəmini vurğulayıb. Rusiyanın təhlükəsizliyindən danışan Putin bildirib ki, hazırda ölkədə ciddi, mühüm yeni çağırışlar var. Bu vəziyyətin Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinə aid olduğuna diqqət çəkən Putin, bu qurumlardan yeni formatda işə uyğunlaşmalarını və bürokratik prosedurlara əl atmamalarını istəyib. Putin əks halda istənilən nəticələrin əldə olunmayacağını bəyan edib.
Məhəmməd Tağıyev



