|
|
|
|

İranın paytaxtı Tehranda bir qrup nümayişçi ABŞ-ın hücumunda həyatını itirən İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin heykəlini yandırıb.
525.az xəbər verir ki, sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkə daxilində gərginlik davam edir. Sosial mediada paylaşılan görüntülərdə 3 yanvar 2020-ci ildə ABŞ-ın hücumunda həyatını itirən İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin heykəlinin paytaxt Tehranda yandırıldığı görülüb.
Bəzi şəhərlərdə küçə adı kimi istifadə edilən “Qasim Süleymani” adı nümayişçilər tərəfindən silinib, Kirmanşah əyalətinin İslam-Abad şəhərində bir etirazçı Qasım Süleymaninin adını silərkən həbs edilib.
Malik Atilay



