|
|
|
|

Rusiya xarici ölkələrlə ticarətə tətbiq etdiyi müxtəlif məhdudiyyətləri 2023-cü ilin sonuna qədər uzadıb.
525.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, martın 8-dən müvəqqəti olaraq qüvvəyə minən məhdudiyyətlər gələn ilin sonuna qədər uzadılıb. Martın 8-də Putin hökumətin müəyyən edəcəyi bəzi məhsul və xammalın ixracına qadağa qoyulması barədə göstəriş vermişdi.
Qeyd edək ki, Rusiya hökuməti texnologiya, telekommunikasiya, tibb, avtomobil, kənd təsərrüfatı və elektrik avadanlıqları başda olmaqla 200-dən çox məhsulun ixracına qadağa qoyub.
Məhəmməd Tağıyev



