|
|
|
|

8 ayı arxada qoyan Rusiya-Ukrayna müharibəsi Kiyevin itirilmiş torpaqlarını geri qaytarmaq üçün başlatdığı hücumla yeni mərhələyə qədəm qoyub.
525.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın bəyanatından qısa müddət sonra Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kyrylo Timoşenko Ukrayna ordusunun işğal altındakı torpaqları geri almağa davam etdiyini bəyan edərək, Xersonda 88 yaşayış məntəqəsinin ruslardan geri alındığını bildirib.
İşğal zamanı Rusiyanın ələ keçirdiyi ilk böyük şəhər olan Xerson Ukrayna və Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Rusiyayönlü yerli hakimiyyət bu gün təcili çağırış edərək, mülki əhaliyə şəhərdə baş verməsi gözlənilən böyük münaqişədən əvvəl “şəhəri tərk etmələri” barədə xəbərdarlıq edib.
Ukrayna ordusunun bəyanatına görə, Kreml cəbhə bölgəsindəki qoşunlarını gücləndirmək üçün ətraf ərazilərə 2000-ə qədər əsgər göndərib, lakin bu səylər Ukrayna ordusunun irəliləyişinin qarşısını ala bilməyib.

Sevil Seymur



