|
|
|
|

İyunun 19-da Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzi və Ölkəşünaslıq Elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə BSU-da "Azərbaycanın regionları. Yeni inkişaf dövrü" adlı 3 cildlik kitabın müzakirəsi keçirildi. Ali təhsil müəssisəsinin konfrans zalında universitet əməkdaşlarının və tələbələrin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan BSU-nun rektoru prof. Asif Hacıyev kitab haqqında ətraflı məlumat verdi: "1969-cu ildən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev ölkənin sosial-iqtisadi, mədəni potensialının güclənməsinə xüsusi diqqət yetirməyə başladı. Həmin missiyanı bu günə qədər davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində respublikamız inkişaf səviyyəsinə görə dünya ölkələri sırasında öz layiqli yerini tutmaqdadır." Azərbaycanın regionları. Yeni inkişaf dövrü" 3 cildliyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində Prezident İ.Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən proqramların - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-20013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, eləcə də regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı dövlət başçısı tərəfindən qəbul edilmiş bir sıra digər qərarların icrası sahəsində görülən işləri əks etdirir".
Prof. Asif Hacıyev müxtəlif ixtisaslar üzrə təhsil alan universitetin azərbaycanlı və əcnəbi tələbərinə ölkəmizin potensialını daha yaxından tanıtmaq üçün kitabda əks olunanları onlara daha dərindən öyrətməyin məqsədəmüvafiq olduğunu xüsusən vurğuladı.
Müzakirədə dos.Qalib Barxalov, dos.Sevda Axundova, dos.Ərzuman Əmirov, baş müəllim Zibeydə Abbasova və başqaları kitabın mövzusu ətrafında müxtəlif aspektdən çıxış etdilər, bu tipli nəşrlərin tədris prosesində istifadəsini vacib saydılar.
Günay ƏLİYEVA



