|
|
|
|

İranın Fars körfəzində “qaçaq yanacaq” daşıdığı səbəbi ilə xarici bayraqlı gəmini ələ keçirdiyi, gəminin kapitanı və heyətini saxladığı bildirilib.
525.az xəbər verir ki , İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Hörmüzqan vilayətinin Ədliyyə Başçısı Müctəba Qəhramani Fars körfəzində qaçaq yanacaq yüklü olduğu aşkarlanan gəmidə əməliyyat keçirildiyini bildirib.
İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində gəmidə 11 milyon litr qaçaq yanacaq ələ keçirildiyini qeyd edən Qəhramani gəminin ələ keçirildiyini, kapitan və şəxsi heyətin saxlanıldığını bildirib.
Qeyd edək ki, İranda qaçaqmalçılar dövlət tərəfindən subsidiya olunan yanacaq məhsullarını xaricə satmağa çalışırlar.
Malik Atilay



