|
|
|
|

İranın paytaxtı Tehranda ABŞ səfirliyinin işğalının 43-cü ildönümündə ABŞ əleyhinə nümayiş keçirilib.
525.az xəbər verir ki, paytaxt Tehranın Taleqani küçəsində yerləşən və bu gün muzey kimi istifadə edilən keçmiş səfirlik binası qarşısında "Qlobal İmperializmlə Milli Mübarizə Günü" münasibəti ilə keçirilən nümayişdə İran Prezidenti İbrahim Rəisi də iştirak edib. İran lideri Əli Xamenidən sonra prezident kimi bu nümayişlərə qatılan ikinci şəxs olan Rəisi çıxışında ABŞ-da hökm sürən sistemin imperializmin simvolu olduğunu və imperializmlə mübarizəni davam etdirəcəklərini bildirib.
Nümayişdə tez-tez ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirilib. Taleqani küçəsi boyunca yol kənarında qurulan stendlərdə müxtəlif tanıtımlar və ziyafətlər edilərkən, uşaq və gənclər qurulan səhnələrdə müxtəlif melodiyalar və marşlar oxuyublar. İranda hər il yerli vaxtla 09:30-da "13 Aban (4 noyabr) Qlobal İmperializmlə Milli Mübarizə Günü" münasibəti ilə ABŞ əleyhinə nümayişlər keçirilir. Bu çərçivədə ölkənin hər yerində müxtəlif tədbirlər, xüsusən də yürüşlər gerçəkləşir.


Məhəmməd Tağıyev



