|
|
|
|

İranda 22 yaşlı Məhsa Əminin saxlanıldıqdan sonra ölümü ilə başlayan nümayişlər bir çox şəhər və universitetlərdə davam edir.
525.az xəbər verir ki, Tehranda Əmir Kəbir Universitetinin tələbələri dostlarının həbsinə etiraz etmək üçün toplaşarkən universitet mühafizəsi işə qarışaraq oturaq aksiyanın qarşısını almağa çalışıb.
Paytaxtdakı Əllamə Təbatəbayi Universitetinin tələbələri universitetin tələbələrə qarşı “təzyiqinə” etiraz olaraq oturaq aksiya keçiriblər. Elm və Texnologiya Universitetinin tələbələri də həbslərə, universitetə giriş qadağasına etiraz olaraq nümayiş keçiriblər.
Babul Nuşirəvani Universitetinin tələbələri 2 tələbənin həbsinin davam etməsinə, 17 tələbənin isə intizam cəzasına məhkum edilməsinə etiraz ediblər.
Saqqız şəhərində yerli xalq etirazlara dəstək üçün tətilə çıxıb və mağazalarını 1 günlük bağlayıblar.
Malik Atilay



