|
|
|
|

Rusiyada kafedə baş verən yanğında 13 nəfər ölüb, ən azı 5 nəfər isə yaralanıb.
525.az xəbər verir ki, Rusiyanın Kostroma şəhərində gecə klubunda yanğın baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, yanğın 3 min 500 kvadrat kilometr əraziyə yayıldığı üçün dam örtüyü çökərək böyük fəlakət baş verib. Əraziyə çoxlu sayda yanğınsöndürən və təcili yardım briqadası göndərilib. Müdaxilələr zamanı gecə klubunda olan 250 nəfər təxliyə edilib. Yanğınsöndürmə işlərində isə 13 nəfərin cəsədi tapılıb.
Kostroma vilayətinin qubernatoru Sergey Sitnikov hadisə zamanı 5 nəfərin yaralandığını, evakuasiya edilənlərin isə avtovağzallara və sosial sahələrə yerləşdirildiyini bildirib. Kostroma Rayon Prokurorluğundan verilən yazılı açıqlamada hadisə ilə bağlı çoxşaxəli istintaq başladıldığı, Kostroma rayon prokuroru Aleksandr Fadeyevin hadisə yerində xüsusi araşdırma apardığı qeyd edilib.
Məhəmməd Tağıyev



