|
|
|
|

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri ilə bağlı noyabrın 15-də Floridada “böyük açıqlama” verəcəyini açıqlayıb.
525.az xəbər verir ki, Tramp noyabrın 8-də keçiriləcək ara seçkilərdən əvvəl Ohayo ştatında son mitinqini keçirib.
Aralıq seçkilərdə Respublikaçıların şansının yüksək olduğunu bildirən Tramp, "Senat və Nümayəndələr Palatasını geri alacağıq. Nəhayət, 2024-cü ildə gözəl Ağ Evi də geri alacağıq" deyib.
Ara seçkilərin "həyati əhəmiyyətinə" işarə edən Tramp, "Bu gün bu gözəl seçkilərə mane olmaq istəmirəm. Noyabrın 15-də Florida ştatının Palm Beach şəhərində böyük bir açıqlama verəcəyəm" deyib. Amerika mətbuatında Trampın Ohayodakı mitinqdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlamağı düşündüyü irəli sürülüb.
Malik Atilay



