|
|
|
|

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la təmaslarını əsirlərin mübadiləsi səviyyəsində davam etdirdiklərini açıqlayıb.
525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Solovyov Live" radio proqramında Moskva ilə Vaşinqton arasındakı təmaslarla bağlı açıqlamalar verib. Zaxarova ABŞ-la əsirlərin mübadiləsi ilə bağlı təmasların davam etdiyini bildirərək: "Danışıqlar müvafiq hüquq-mühafizə orqanları və xüsusi təyinatlılar (kəşfiyyat) ilə aparılır. Amma təəssüf ki, aylardır ABŞ-dan insanların problemlərini həll etmək üçün heç bir müraciət görmədik", - deyib. Moskva və Vaşinqtonun ehtiyac yaradan məsələlərlə bağlı müəyyən təmasları müzakirə etdiyini qeyd edən Zaxarova: "Bu əlaqələr müxtəlif qurumlar səviyyəsindədir. Təbii ki, bunların tam əməkdaşlığa, qarşılıqlı fəaliyyətə heç bir aidiyyəti yoxdur", - ifadələrini işlədib.

Məhəmməd Tağıyev



