|
|
|
|

İran qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yan keçə bilən yeni "hipersəs ballistik raket" hazırladığını açıqlayıb.
525.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə paytaxt Tehranda keçirilən tədbirdə ölkəsinin yeni ballistik raket hazırladığını bildirib. Sözügedən ballistik raketin hipersəs sürətinə malik olduğunu deyən Hacızadə, onun qabaqcıl hava hücumundan müdafiə sistemlərinin öhdəsindən gələ biləcəyini, həm atmosferdə, həm də atmosferdən kənarda manevr qabiliyyətinə malik olduğunu iddia edib. İran komandiri məsələ ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, səs sürətindən 5 qat daha sürətli hərəkət edən hipersəs raketləri, bu xüsusiyyətlərinə görə hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısı alına bilmir.
Məhəmməd Tağıyev



