|
|
|
|

Rusiya Müdafiə Nazirliyi Xersondan Dnepr çayının sol sahilinə 30 mindən çox əsgər və 5 minə yaxın silah və hərbi texnikanın çəkildiyini açıqlayıb.
525.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiyanın Ukraynadan qeyri-qanuni ilhaq etdiyi Xerson şəhərindən çıxarılan rus hərbi birləşmələrinin təfərrüatları paylaşılıb.
Bəyanatda vurğulanıb ki, “effektiv idarəetmə və əlaqələndirilmiş hərəkətlər” nəticəsində Dnepr çayının sağ sahilində bir dənə də olsun hərbi texnika və silah qalmamışdır: "30 mindən çox rus əsgəri, 5 minə yaxın silah və hərbi texnika və digər əmlak Xerson istiqamətindən Dnepr çayının sol sahilinə çıxarılıb”.
Təmirə ehtiyacı olan Rusiya hərbi texnikasının da geri çəkildiyi bildirilən açıqlamada, Ukrayna ordusunun qarşısını almaq cəhdlərinə baxmayaraq, Rusiya ordusunun əsgərlər də daxil olmaqla heç bir itkiyə yol vermədiyi vurğulanıb.
Açıqlamaya görə, Rusiya hərbi birləşmələri möhkəmləndirilmiş müdafiə xəttində Dnepr çayının sol sahilində mövqelər tutub.
Malik Atilay



