|
|
|
|

Paytaxt Tehranda Məhsa Əminin ölümündən sonra başlayan etirazlara qatılan və “iğtişaş törətməkdə” günahlandırılan bir çox nümayişçinin məhkəməsi davam etdiyi bir vaxtda Tehran İnqilab Məhkəməsi daha bir nəfəri edam cəzasına məhkum edib.
525.az xəbər verir ki, İran Ədliyyəsinə bağlı olan Mizan Xəbər Agentliyində dərc olunan xəbərə görə, Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei və Baş Qərargah rəisinin göstərişi ilə istintaq prosesi “ədalət və qanuna əsaslanaraq” başladılıb.
Bazar günü Tehran İnqilab Məhkəməsi tərəfindən müttəhimlərdən birinin edam cəzasına, 5 müttəhimin isə 5 ildən 10 ilə qədər həbs cəzasına məhkum edilib.
Bu qərarla Məhsa Əmini etirazlarına qatıldığı üçün edama məhkum edilənlərin sayı 2-yə yüksəlib.
Malik Atilay



