|
|
|
|

İranın cənub-qərbindəki Xuzistan əyalətində Məhsa Əmini etirazları zamanı bəzi naməlum şəxslər təhlükəsizlik qüvvələrinə və nümayişçilərə atəş açıb.
525.az xəbər verir ki, ilkin məlumata görə, 4 nəfər ölüb, 5 nəfər yaralanıb. İranın cənub-qərbindəki Xuzistan əyalətində etirazlar davam edir. İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Xuzistan əyalətinin İze şəhərində nümayişçilərə və təhlükəsizlik qüvvələrinə iki motosikletdən atəş açılıb.
Hələlik şəxsiyyəti müəyyən edilməyən şəxslərin həyata keçirdiyi hücumda ölən və yaralananların polis və ya nümayişçi olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, İranın cənub-qərbindəki Xuzistan əyalətində əsasən ərəblər yaşayır.
Malik Atilay



