|
|
|
|
Rusiyanın Müdafiə Nazirliyi “Oko-1” ballistik raketlərin buraxılış sistemini aşkarlayan sonuncu geostasionar peyk sistemindən də məhrum olub.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda “Kommersant” qəzeti hərbi mənbəyə istinadən xəbər yayıb.
Mənbə bildirib: “Peykin bərpası ilə bağlı bütün tədbirlər görülüb. Təəssüflər olsun ki, onlar hamısı uğursuz oldu”.
Onun sözlərinə görə, bu ilin aprelində qurğudan siqnal gəlməyib və o, idarəedilməz vəziyyət düşüb.
Rusiya Kosmik - Hava Qoşunlarının təmsilçi geostansionar peykin itirilməsi ilə bağlı xəbəri şərhdən imtina edib.