|
|
|
|
İran cənub-qərbində yerləşən Xuzistan əyalətində 300 meqavat gücündə yeni atom elektrik stansiyasının tikintisinə başlayıb.
525.az xəbər verir ki, prezidentin müavini və Atom Enerjisi İdarəsinin sədri Məhəmməd İslaminin iştirak etdiyi mərasimlə Xuzistan əyalətinin Darhovin bölgəsində 300 meqavatlıq "Karun" atom elektrik stansiyasının təməli qoyulub.
Təzyiqli su reaktoru sistemi ilə işləyəcək elektrik stansiyasının tikintisinin təxminən 8 il çəkəcəyi və 2 milyard dollara başa gələcəyi bildirilib.
Qeyd edək ki, stansiya 4 faizədək saflıqda zənginləşdirilmiş uranla işləyəcək.
Məhəmməd Tağıyev