|
|
|
|

İrandakı nümayişlərlə əlaqədar Məşhəd şəhərində 2 milis qüvvəsini öldürmək və 4 nəfəri yaralamaq ittihamı ilə edam cəzasına məhkum edilən Mecid Rıza Rəhneverd edam edilib.
525.az xəbər verir ki, Məşhəddəki nümayişlər zamanı İnqilab Keşikçiləri Ordusunun milislərinin üzvləri Hüseyn Zeynelzadə və Danyal Rızzadəni bıçaqla öldürməkdə və 4 nəfəri yaralamaqda günahlandırılan Rəhneverd edam edilib. Rəhneverdin cəzasının ictimai yerdə icra olunduğu qeydə alınıb. İranda gənc qadının polis nəzarətinə götürülərək ölümündən sonra başlayan və təxminən 3 aydır davam edən nümayişlərlə bağlı 11 nəfər edam cəzasına məhkum edilərkən, 23 yaşlı Muhsin Şikari dekabrın 8-də edam edilmişdi.
Qeyd edək ki, nümayişlərlə bağlı ölüm hökmlərinə ölkə daxilində və xaricdən reaksiyalar artsa da, Birləşmiş Millətlər Təşkilatı (BMT) dekabrın 9-da Şikarinin edamını pisləymişdi.
Məhəmməd Tağıyev



