|
|
|
|

İranın Elborz, Tehran və Qəzvin əyalətlərində yüksək hava çirkliliyi və bütün qruplar üçün qeyri-sağlamlıq səviyyəsinə görə, məktəblərdə təhsilə verilən fasilənin uzadıldığı açıqlanıb.
525.az xəbər verir ki, Elborz Qubernatorluğunun Mülki Məsələlər üzrə koordinasiya rəhbərinin müavini Əhməd Efzeli, hava çirkliliyinin artması səbəbindən əyalətdəki bütün rəsmi və qeyri-rəsmi təhsil müəssisələrinin, o cümlədən universitetlərin bağlandığını bildirib. Efzeli ibtidai, orta və liseylərin şənbə və bazar günləri bağlandığını xatırladaraq, havanın keyfiyyətinin yaxşılaşmaması səbəbindən əyalətdəki bütün təhsil müəssisələrinin bağlandığını bildirib.
Əyalətdə hava çirkliliyini artıracaq hər hansı bir fəaliyyətin qarşısının alınması üçün lazımi hazırlıqların edildiyini bildirən Efzeli, müvafiq qurumlarla koordinasiyada olduqlarını, havanın çirklənməsinə səbəb ola biləcək hər cür tikinti, sənaye birlikləri və fabriklərin də mühafizə olunacağını bildirib.
Qeyd edək ki, Efzeli, texniki baxışdan keçməyən şəxsi və ictimai nəqliyyat vasitələrinin trafikə girməsinin qadağan edildiyinə diqqət çəkərək, vətəndaşlardan ictimai nəqliyyatdan istifadə etmələrini istəyib.
Məhəmməd Tağıyev



