|
|
|
|

ABŞ-da sorğuda iştirak edənlərin 70 faizi ABŞ Prezidenti Co Baydenin 2024-cü il prezident seçkilərində ikinci dəfə namizəd olmasını istəmədiklərini bildirib.
525.az xəbər verir ki, "CNCBC" televiziyası və "All-America Economic Research" ABŞ-da 2024-cü il seçkiləri ilə bağlı sorğu keçirib.
Sorğunun nəticələrinə görə, ABŞ ictimaiyyətinin 70 faizi Baydenin 2024-cü ildə yenidən prezidentliyə namizəd olmasını istəməyib. Demokratik Partiya seçicilərinin 57 faizi Demokrat lider Baydenin ikinci müddətə namizəd olmamalı olduğunu bildirsə də, bu nisbət Respublikaçılar arasında 86 faizə çatıb, özlərini müstəqil olaraq xarakterizə edən seçicilər arasında isə 66 faiz olub.
Baydenin prezident kimi öz vəzifəsini yerinə yetirdiyini düşünənlərin nisbəti oktyabrda 46 faiz olsa da noyabrda 41 faizə düşüb. Respondentlərin yalnız 14 faizi iqtisadiyyatın çox yaxşı olduğunu deyib. Baydenin iqtisadi siyasətini bəyəndiyini ifadə edənlər isə 38 faiz olub.
Malik Atilay



