|
|
|
|

Ukrayna Prezidenti Vladimir Zelenski, səhər saatlarında Rusiya qüvvələri tərəfindən Ukrayna ərazisinə buraxılan 13 pilotsuz uçuş aparatının (PUA) havada məhv edildiyini açıqlayıb.
525.az xəbər verir ki, Zelenski "Telegram" hesabında paylaşdığı videomüraciətdə, Rusiya ordusunun səhər saatlarında 13 PUA ilə Ukraynaya hücum etdiyini bildirib.
"Terrorçular bu gün səhər saatlarında 13 Şahid (İran PUA) buraxıblar. Onların hamısı Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub", - Zelenski qeyd edib.
Məhəmməd Tağıyev



