|
|
|
|

Rusiyanın Anqarsk şəhərində neft emalı zavodunda baş verən yanğında 2 nəfərin öldüyü bildirilib.
525.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, İrkutsk vilayətinin Anqarsk şəhərində neft emalı zavodunda yanğın baş verib. Yanğın 2 min kvadratmetrdən çox ərazini əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər göndərilib.
İlkin məlumatlara görə, yanğının qaz sızmasından baş verdiyi bildirilib. Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada, yanğında 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı qeyd edilib.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Məhəmməd Tağıyev



