|
|
|
|

İranın Fars körfəzində qaçaq yanacaq daşıyan gəmini ələ keçiridiyi və gəmidəki 12 nəfəri saxladığı bildirilib.
525.az xəbər verir ki, Hörmüzqan vilayətinin ədliyyə başçısı Mücteba Kahramani Fars körfəzindəki Kəşm adası yaxınlığında qaçaq yanacaq yükləndiyi aşkarlanan gəmidə əməliyyat keçirildiyini bildirib.
İnqilab Keşikçiləri Ordusunun təşkil etdiyi əməliyyat nəticəsində gəmidə olan 12 nəfərin saxlanıldığını qeyd edən Kahramani gəmidə 330 min litr qanunsuz yanacağın ələ keçirildiyini deyib.
Qeyd edək ki, Kahramani gəminin kimə məxsus olduğu və ekipajın milliyyəti barədə məlumat verməyib.
Məhəmməd Tağıyev



