|
|
|
|

Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya ordusu Ukraynanın Xerson şəhərini 16 dəfədən çox hədəfə alıb.
525.az xəbər verir ki, Zelenski, Telegram hesabında gündəlik video paylaşımında Qırmızı Xaç yardım məntəqəsində könüllü olaraq xidmət edən bir qadının Rusiya ordusunun Xerson şəhərinə hücumu nəticəsində həyatını itirdiyini bildirib.
Vladimir Zelenski: "Rusiya gün ərzində Xersonu 16 dəfədən çox bombalayıb. Bu, hər gün yaşanır", - paylaşımıənda qeyd edib.
Donbas bölgəsində şiddətli toqquşmaların davam etdiyini və buradakı yaşayış məntəqələrinə edilən hücumlarda mülki infrastrukturun hədəf alındığını qeyd edən Zelenski, Rusiya qüvvələrinin Ukrayna ordusuna qarşı uğursuzluğa düçar olduğunu bildirib. Rusiyanın yaratdığı dağıntıların dayandırılması lazım olduğunu deyən Zelenski, hücumları dayandırmağın yeganə yolunun rusları Ukrayna ərazisindən çıxarmaq olduğunu vurğulayıb.
Malik Atilay



