|
|
|
|

Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqına (Aİ) üzv dövlətlərin, Rusiyaya qarşı 9-cu sanksiyalar paketi razılaşmasının birlik əlaməti olduğunu bildirərək: "Qəbul edilən 9-cu fərdi və iqtisadi sanksiyalar paketi Rusiyanın gücünü zəiflətmək istiqamətində atılan daha bir mühüm addımdır", - deyib.
525.az xəbər verir ki, Brüsseldə jurnalistlərə açıqlama verən Moravetski bir neçə gün əvvələ qədər sanksiyalar paketi ilə bağlı qeyri-müəyyənlik olduğunu söyləyib. O, sanksiyalarda razılaşdırılmış nöqtəyə çatdıqlarını bildirərək: "Bunlar bizim etibarlı olduğumuzu bir daha göstərən sanksiyalardır. Biz üzv dövlətlər arasında birliyi qoruyub saxlamışıq. Rusiya Aİ daxilində parçalanmağa oynayır və biz buna imkan vermədik", - ifadələrini işlədib.
Məhəmməd Tağıyev



