|
|
|
|

Bayden administrasiyasının 40 ölkədə səfiri yoxdur. Birləşmiş Ştatlar mətbuatı, dünyada müharibələrin və böyük böhranların yaşandığı bir vaxtda diplomat təyinatlarının olmamasını tənqid edir.
525.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden səlahiyyətlərinin üçüncü ilinə qədəm qoyur. Prezidentlik seçkilərində "ABŞ geri döndü" şüarı ilə xarici siyasətdə aktivlik vəd edən Bayden, tənqidlərin mərkəzindədir. ABŞ Xarici İşlər Nazirliyi, Pentaqon ilə birlikdə ABŞ-ın xarici siyasətinin tərtib olunduğu ən mühüm mərkəzdir. Bayden administrasiyası tərəfindən 40-a yaxın ölkədə səfirlərin təyin oluna bilməməsi isə nazirliyin ən böyük problemlərindən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, Hindistan, İtaliya, Səudiyyə Ərəbistanı və Braziliya da daxil olmaqla 40 ölkədə ABŞ səfiri yoxdur.
Məhəmməd Tağıyev



