|
|
|
|

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
525.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
İclasda TŞ-nin daimi üzvləri ilə yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan və bir neçə hökumət nümayəndələri də iştirak edib.
İclas zamanı bir çox məsələlər, o cümlədən regionda mövcud olan hərbi-siyasi vəziyyəti də əhatə edən geniş məzmunlu müzakirə aparılıb.



