|
|
|
|

İranda sentyabrın 17-də Məhsa Əmini polis nəzarətində olarkən dünyasını dəyişdikdən sonra başlayan nümayişlər yenidən güclənib.
525.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Gilan vilayətinin inzibati mərkəzi Rəştdə küçələrə çıxan qrup nəqliyyatın hərəkətini bağlayaraq şüarlarla yürüş ediblər. Şəhərin müxtəlif bölgələrinə aid olduğu iddia edilən bəzi görüntülərdə nümayişçilərin yolda təkərlər yandırdığı və rejim əleyhinə şüarlar səsləndirdiyi görülüb.
Elborz vilayətinin Kərəc şəhərində çəkildiyi bildirilən görüntülərdə hökumət əleyhinə şüarların müşayiəti ilə küçə və prospektlərdə gəzən qruplar yer alıb.
Paytaxt Tehranın Cəmalzadə küçəsi və Tehranpars məhəlləsi kimi yerlərdə nümayişlər təşkil edən qruplar hökumət əleyhinə şüarlar səsləndirərək siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.
Qeyd edək ki, Tehranın Vəliəsr meydanı ətrafında təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi geniş təhlükəsizlik tədbirləri diqqət çəkib.
Malik Atilay



