
Rusiya Fransanı Afrikadakı müstəmləkəçi yanaşmadan çəkinməyə çağırıb.
525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransanın Moskvadakı səfiri Pyer Levinin nazirliyə çağırıldığı bildirilib. Açıqlamada Fransanın Xarici İşlər Naziri Ketrin Kolonnanın Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə Rus Evinə hücumla bağlı açıqlamalarına görə, səfirə etiraz notası verildiyi qeyd edilərək: "Rusiya xüsusi təyinatlı hərbi birləşmələrinin təbliğat aparması və mülki əhaliyə qarşı zorakılıq tətbiq etməsi ilə bağlı Rusiyaya qarşı ittihamların qəbuledilməz olduğunu vurğuladıq. Bu izahatlar yaxşı səslənmir. Biz Fransa administrasiyasını bölgədəki işində müstəmləkəçi yanaşmadan çəkinməyə çağırırıq", - ifadələri işlədilib.
Qeyd edək ki, dekabrın 16-da Mərkəzi Afrika Respublikasında mədəniyyət mərkəzi kimi fəaliyyət göstərən Rus Evinə göndərilən bağlamanın partladığı bildirilmişdi.
Məhəmməd Tağıyev



